1xeber.media “DAMGA”ya istinadən xəbər verir ki, iş adamı Əmir Sarıgülün avtomobildə səsgücləndirici vasitəsilə sürücülərə müraciət etdiyi görüntülər yayılıb.
Kadrlarda onun fövqəladə hallar üçün ayrılan zolağı boşaltmağı və soldan hərəkət etməyi tələb etdiyi görünür.
“DAMGA”nın məlumatına görə, İstanbulda çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Sarıgül həmin görüntülərdə sayrışan işıqları olan avtomobildən istifadə edib.















