Türkiyəli deputat Mustafa Sarıgülün oğlu, iş adamı Əmir Sarıgül barəsində həbs qətimkan tədbiri seçilib.
1xeber.media Anadolu Agentliyinə istinadən xəbər verir ki, qərar İstanbul Baş Prokurorluğunun cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması iddiaları üzrə apardığı istintaq çərçivəsində verilib.
Araşdırma iki Almaniya vətəndaşının şikayəti əsasında başlanıb. Şikayətçilər Türkiyədə və xaricdə yaradılan şirkətlər vasitəsilə mənbəyi məlum olmayan böyük məbləğdə vəsaitin leqallaşdırıldığını iddia edirlər.
Eyni iş üzrə daha əvvəl Mustafa Sarıgülün digər oğlu Ömər Sarıgül və keçmiş həyat yoldaşı Aylin Kotil də daxil olmaqla 15 nəfər həbs edilib.
Mustafa Sarıgüllə bağlı iddiaların isə ayrıca qiymətləndirilməsi üçün Ankara Baş Prokurorluğuna göndəriləcəyi bildirilib. İş üzrə istintaq davam edir.















