1xeber.media xəbər verir ki, “Çampi” tayfununun yaxınlaşması ilə əlaqədar oktyabrın 23-də Tayvanda genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb. Güclü külək və leysan yağışları təhlükəsi səbəbindən məktəblərin, dövlət müəssisələrinin və maliyyə bazarlarının fəaliyyəti dayandırılıb.
Tayvanın meteoroloji qurumunun məlumatına görə, tayfun zəifləsə də, onun mərkəzinə yaxın ərazilərdə küləyin sürəti saatda təxminən 191 kilometrə çatıb. Fırtınanın geniş təsir dairəsinin adanın böyük hissəsində hava şəraitinə təsir göstərə biləcəyi bildirilib.
Nəticədə 262 daxili reys və yüzlərlə beynəlxalq uçuş ləğv edilib. Dağlıq ərazilərdən minlərlə sakin təxliyə olunub. Hadisələrlə əlaqədar bir nəfərin öldüyü, çoxsaylı insanların yaralandığı bildirilib.
Proqnoza əsasən, tayfunun Tayvanın şimal-şərqindən keçərək Çin sahilləri və Yaponiyanın cənub istiqamətinə hərəkət etməsi gözlənilir. Səlahiyyətli qurumlar sakinləri təhlükəli sahil və dağlıq ərazilərdən uzaq durmağa çağırıblar.















