1xeber.media xəbər verir ki, Qara dənizdə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb.
Hadisə Konstansa limanından 13 dəniz mili məsafədə baş verib.
İlkin məlumatlara əsasən, gəmidə dron hücumundan sonra yanğın başlayıb. Yanğından sonra gəmi batıb.
Gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır.
Hadisə nəticəsində bir nəfər həyatını itirib, üç nəfər itkin düşüb. Daha 9 nəfər isə xilas edilib.
İtkin düşən şəxslərin axtarışı və hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi ilə bağlı əlavə məlumat verilməyib.















