Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə 1xeber.media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.
1xeber.media xəbər verir ki, yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistral yolunun kənarında yerləşən ərazidə müşahidə olunur.
Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

















