İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi hərbçiləri ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb.
1xeber.media xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Cahanşahi müharibə şəraitində hər hansı səhlənkarlığın ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb və qoşunların hazırlıq səviyyəsinin qorunmasının vacibliyini qeyd edib.
Bundan bir gün əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ABŞ-nin İrana yenidən hücum edəcəyi təqdirdə ölkə ordusunun güclü cavab verməyə hazır olduğunu bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai də hərbi əməliyyatların genişmiqyaslı şəkildə bərpa olunacağı təqdirdə Fars körfəzi bölgəsindəki neft obyektlərinə və sualtı kabellərə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
Tehranın açıqlamaları ABŞ ilə mümkün hərbi qarşıdurma fonunda İran rəsmilərinin sərt mövqeyini davam etdirdiyini göstərir.















