Dünya bazarında neftin qiyməti kəskin artaraq 3%-dən çox bahalaşıb.
1xeber.media xəbər verir ki, oktyabrın 23-də “Brent” markalı neftin dekabr fyuçersləri 3,55 dollar və ya 3,14% bahalaşaraq bir barel üçün 116,72 dollara çatıb.
ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçerslərinin qiyməti isə 3,80 dollar və ya 3,82% artaraq 103,27 dollar olub.
Neft qiymətlərindəki yüksəliş Yaxın Şərqdə geosiyasi gərginliyin artması və enerji təchizatında mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verib. Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanına husilərin hücumları, o cümlədən enerji infrastrukturu ilə bağlı insidentlər bazarda təchizat risklərini artırıb. BƏƏ sahillərində neft sızması barədə məlumatlar da narahatlığı gücləndirib.
Beləliklə, “Brent”in qiyməti aprelin 29-dan bəri ən yüksək bağlanış səviyyəsinə çatıb. Həftəlik nəticələrə görə, “Brent” 6%, “WTI” isə 2,3% bahalaşıb.















