1xeber.media xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Xerson vilayətinin Aleşki şəhərində atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmanı müsbət qiymətləndirib.
Bu barədə oktyabrın 24-də BMT baş katibinin ofisindən məlumat verilib.
BMT-nin rəsmi bəyanatında bildirilib ki, Quterreş ABŞ-nin birinci xanımı Melaniya Trampın Aleşki şəhərində razılaşdırılmış atəşkəs rejiminin yaxın vaxtlarda qüvvəyə minəcəyi barədə açıqlamasını alqışlayıb.
Baş katib razılaşmanın əldə olunmasına töhfə verən şəxslərə də təşəkkür edib. BMT ümidvar olduğunu bildirib ki, atəşkəs razılaşması şəhərdəki ağır humanitar vəziyyətin yaxşılaşmasına şərait yaradacaq.
Qeyd edək ki, razılaşmanın həyata keçirilməsi və atəşkəsin ərazidəki vəziyyətə təsiri ilə bağlı əlavə məlumat verilməyib.















