
1xeber.media xəbər verir ki, Bolqarıstanda prezident seçkiləri başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 20:00-dək fəaliyyət göstərəcək.
Ən yüksək dövlət vəzifəsi uğrunda 27 namizəd mübarizə aparır. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb və 6,6 milyon seçicinin səsvermə hüququ var. Səsvermə prosesi dünyanın 60 ölkəsində də təşkil olunub.
İlkin qeyri-rəsmi nəticələrin seçki məntəqələri bağlandıqdan sonra açıqlanacağı gözlənilir. Rəsmi nəticələrin isə oktyabrın 27-də elan edilməsi nəzərdə tutulur.
Bolqarıstanda prezident ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq prezident vəzifəsini tuta bilməz. Seçkilərdə prezidentlə yanaşı, vitse-prezident də müəyyənləşdirilir.















