Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifədən uzaqlaşdırıldığı iddia olunur.
1xeber.media Yenicag.az-a istinadla xəbər verir ki, bu barədə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasətçi Arzuman Abdulkərimov bildirib.
“Mənə verilən bilgiyə görə, Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb. Yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”, – o qeyd edib.
Xatırladaq ki, Saralın Azərbaycanı hədəfə alan açıqlamaları ölkəmizdə sərt etiraz doğurmuşdu. YAP və Milli Məclis Saralın məsuliyyətsiz açıqlamasına qarşı bəyanatla çıxış etmişdilər.














