Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovu 80 illik yublieyi münasibəti ilə təbrik edib.
1xeber.media xəbər verir ki, bununla bağlı birinci xanımın sosial şəbəkə hesablarında paylaşım edilib.
"Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur.
Hörmətli Fərhad müəllim!
Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!", - paylaşımda qeyd olunub.















