1xeber.media xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni Ukraynaya yardımın göndərilməsini ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər təxirə salıb. Bu barədə Il Giornale d’Italia nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sonuncu yardım göndərişindən təxminən 10 ay keçib. Yeni yardım partiyasının hazır olduğu bildirilsə də, onun nə vaxt göndəriləcəyi hələ məlum deyil.
Yardımın gecikməsi İtaliyanın müttəfiqləri ilə münasibətlərinə də təsir göstərə bilər. Qəzet bu vəziyyətin Meloninin Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski qarşısında götürdüyü öhdəliklərlə bağlı suallar yarada biləcəyini yazır.
İtaliya hökuməti isə Ukraynaya dəstəyin davam etdiriləcəyini bəyan edib. Bununla belə, yardımın göndəriləcəyi konkret tarix və gecikmənin səbəbləri açıqlanmayıb.
















