Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.
1xeber.media Oxu.Az-a istinadla bildirir ki, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.
Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.
Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və medalla təltif edilib.

















