"Siyasi partiyalara ayrılan vəsait artıq ardıcıl bir neçə ildir stabil olaraq qalır. Bunu müzakirə edə bilərik".
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
"Əgər həqiqətən də bunun istifadə istiqamətləri ilə bağlı təkliflər formalaşacaqsa və onların büdcə prinsiplərinə uyğun icrası təmin edilə biləcəksə, baxıla bilən bir istiqamətdir", - deyə nazir bildirib.

















