1xeber.media xəbər verir ki, ABŞ İranın quru sərhədləri vasitəsilə həyata keçirilən ticarət əməliyyatlarına nəzarəti gücləndirmək məqsədilə yeni xüsusi işçi qrupu yaradıb.
CBS News-un məlumatına görə, “Task Force Iron Gate” adlandırılan qurum İran sərhədlərindən hərbi texnologiyaların, sanksiya tətbiq olunan materialların və qanunsuz maliyyə vəsaitlərinin daşınmasının qarşısını almaqla məşğul olacaq.
İran tərəfi ABŞ-ın bu addımını ciddi qəbul etmədiyini bildirərək yeni təşəbbüsü siyasi ritorika kimi qiymətləndirib.
Məsələ regionda ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda gündəmə gəlib
















