1xeber.media xəbər verir ki, Ukrayna Rusiya ilə sülh danışıqlarında irəliləyişə nail olmaq məqsədilə ABŞ tərəfindən irəli sürülən ərazi kompromisi təklifini qəbul etməyib.
Nəşrin məlumatına görə, amerikalı danışıqlarçılar Donbasda cəbhə xəttinin mövcud vəziyyətinin Rusiya tərəfindən tam nəzarət kimi təqdim edilməsinə imkan verən, lakin Ukraynanın hazırda nəzarətində saxladığı şəhərləri təhvil verməsini nəzərdə tutmayan ərazi kompromisi təklif ediblər.
Lakin Əbu-Dabidə keçirilən danışıqlara yaxın ukraynalı mənbə “The Telegraph”a açıqlamasında bildirib ki, Ukrayna nümayəndə heyəti ərazi güzəştləri ilə bağlı heç bir müzakirə aparmayıb.
“Ukrayna heç vaxt ərazilərlə bağlı hər hansı güzəşti müzakirə etməyib. Ölkəmiz bunu nə de-fakto, nə də de-yure tanıyacaq. Bu, danışıqlar masasında hər zaman mövqeyimiz olub”, – deyə mənbə bildirib.
Beləliklə, Ukrayna tərəfi ərazi məsələsində mövqeyinin dəyişmədiyini və hər hansı ərazi güzəştini qəbul etmədiyini bəyan edib.
















