1xeber.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Türkiyənin Antalya şəhərindəki Ekspo Mərkəzinə gəlib.
Dövlət başçısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıblar.
Qeyd edək ki, COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iqlim dəyişmələri ilə mübarizə, ekoloji problemlər və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
















