Rusiya və Ukrayna arasında münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı prinsipial razılıq əldə olunub.
1xeber.media xəbər verir ki, bunu noyabrın 11-də ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner açıqlayıb.
Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən danışıqlarda əldə olunan razılaşma ailələrin birləşməsinə, tərəflər arasında etimadın möhkəmlənməsinə və sülh prosesinə təkan verə bilər.
Kuşner danışıqların ciddi və açıq atmosferdə keçdiyini, tərəflərin fikir ayrılıqlarını azaltmaq və hərbi əməliyyatları dayandırmaq üçün konkret təkliflər irəli sürdüyünü bildirib.
















