İbtidai sinif şagirdləri gündı bir dəfə isti yeməklə təmin edilsin.
1xeber.media xəbər verir ki, bu barədə deputat Naqif Həmzəyev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, məktəb bufetlərində araşdırma aparılmalıdır:
“Çıxışımda məktəblərdəki bufetlərdə təqdim olunan qidaların keyfiyyətinin araşdırılmasının və ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini də təklif etdim”.
















