Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub.
Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.

















