Yaxın saatlarda İrlandiyanın paytaxtı Dublində Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü olacaq.
1xeber.media xəbər verir ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq görüşdə Azərbaycan və Britaniya arasında Strateji Tərəfdaşlığa dair sənədin imzalanması gözlənilir.
Bu mühüm sənədlə Bakı və London münasibətlərində tam yeni səhifə açılır, ikitərəfli əlaqələrdə keyfiyyətcə yeni mərhələ başlayır.
Qeyd edək ki, saziş enerji, təhlükəsizlik, ticarət, investisiya və innovasiya kimi əsas istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.

















