Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
1xeber.media xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirilib.
Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunulub.
















