Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə aparılacaq təmaslarda iştirak edəcək danışıqlar qrupunun tərkibini təsdiqləyib.
1xeber.media xəbər verir ki, nümayəndə heyətinə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın təmsilçiləri daxil olacaq.
Qeyd olunur ki, bu, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda iştirak edən qrupla eyni heyətdir.
Noyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə görüşüb. ABŞ nümayəndələri Moskvaya Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra səfər ediblər.
Görüşün nəticələrinə dair yayılan məlumatlarda Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsinə Avropa nümayəndələrinin də qoşulacağı bildirilib.

















