Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya dəstək və eyni zamanda sülh danışıqlarında iştirak etməyə hazır olması ilə bağlı bəyanatları Fransa ictimaiyyətinin diqqətini özünə yönəltmək cəhdi ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, politoloq Aleksandr Asafov açıqlamasında bildirib.
Onun sözlərinə görə, Makronun siyasi karyerasının hazırkı mərhələsi başa çatmağa yaxınlaşır və Fransa lideri diqqəti cəlb etmək üçün ziddiyyətli bəyanatlar səsləndirə bilər.
Asafov qeyd edib ki, Avropa tərəfi bir tərəfdən sülh danışıqları prosesində iştirak etməyə çalışır, digər tərəfdən isə gərginliyi artıran ritorikasını davam etdirir.
Politoloqun fikrincə, hazırda Makronun danışıqlar prosesində rolu məhduddur. Avropanı danışıqlarda kimin təmsil edəcəyi müzakirə olunur və bu siyahıda Makronun, Almaniya kansleri Fridrix Mertsin və digər Avropa siyasətçilərinin yer alması ehtimalı aşağıdır.
Asafovun bu fikirləri Makronun siyasi mövqeyinə dair şəxsi qiymətləndirməsidir.
















