Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.
O, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nikah masasına oturub. Toy Bakıda hotellərdən birində keçirilib.
Gecədə qonaqlara məclisdən heç bir görüntü paylaşmamaq tapşırılıb. Bütün qonaqlara çəkiliş qadağası qoyulıub.
Toyda bir çox məşhur sima qonaq olub. Məclisdə öz görüntülərini Rusiyada məşhurlaşan model Gülsara paylaşıb. Məclisdə məkandan görüntülər yayılıb və toy sahiblərinin xahişi ilə əlavə şəkil paylaşılmadığı qeyd edilib
















