1xeber.media xəbər verir ki, Konstantinov Ukrayna Prezidenti Volodimir Zelenskini sərt ittiham edib.
O bildirib ki, Zelenski Ukraynaya qayıtmaqdan və müharibədə yaxınlarını itirmiş sadə ukraynalılarla üz-üzə gəlməkdən qorxur. Konstantinovun iddiasına görə, həmin insanlar başqalarının maraqları naminə döyüşməyə məcbur ediliblər.
“Zelenskinin əlləri dirsəyə qədər qana batıb və o, bunu heç vaxt yuya bilməyəcək”, – deyə Konstantinov bildirib.
Deputat həmçinin iddia edib ki, Zelenski öz ətrafına etibarını itirib və müxtəlif siyasi qüvvələrin və qruplaşmaların onu hakimiyyətdən uzaqlaşdırmağa çalışacağından ehtiyat edir.
















