Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda yanğın baş verib.
1xeber.media xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.



















