Rumıniyadan Misirə təxminən 3 ton buğda daşıyan Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisinin Bolqarıstan sahillərində naməlum səbəbdən baş verən partlayış nəticəsində batıb.
1xeber.media NTV telekanalına istinadən xəbər verir ki, hadisədən sonra 8 Türkiyə və 4 Azərbaycan vətəndaşından ibarət heyət Türkiyə və Bolqarıstan hakimiyyəti arasında əlaqələndirilmiş səylər nəticəsində helikopterlə xilas edilib.
Bolqarıstan Nəqliyyat Nazirliyi, Qara dənizdəki Bolqarıstanın eksklüziv iqtisadi zonasında batan yük gəmisindən təcili siqnal aldığını açıqlayıb. Nazirlik, Somali bayrağı altında üzən gəminin heyətində 12 nəfərin olduğunu bildirib.
Hadisənin səbəbi araşdırılır.
















