ABŞ respublikaçıları “Qızıl Günbəz” raketdən müdafiə sistemi üçün 9,4 milyard dollar ayırmağı təklif edib
ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Tramp administrasiyasına “Qızıl Günbəz” (Golden Dome) raketdən müdafiə sisteminin inkişafı üçün 2027-ci maliyyə ilində 9,4 milyard dollar ayrılmasını təklif ediblər.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 16-da Konqresin Senatın Təxsisatlar Komitəsi tərəfindən dərc olunan materiallarda bildirilib.
Respublikaçıların təqdim etdiyi sənəddə qeyd olunur ki, qanun layihəsi “Qızıl Günbəz” sistemi çərçivəsindəki təşəbbüslərin maliyyələşdirilməsi üçün 9,4 milyard dollar həcmində vəsait nəzərdə tutur.
Bununla yanaşı, sənəddə bildirilir ki, Tramp administrasiyası daha əvvəl müvafiq proqramların maliyyələşdirilməsini məcburi büdcə xərcləri çərçivəsində tələb etmişdi.
Təklifin qəbul edilməsi ABŞ-ın raketdən müdafiə imkanlarının genişləndirilməsi proqramına əlavə maliyyə ayrılmasına imkan verə bilər.
















