Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gələn ilin dövlət büdcəsində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ümumilikdə 120 milyon manata yaxın maliyyə vəsaitinin ayrılmasının nəzərdə tutulduğunu bildirib.
1xeber.media xəbər verir ki, komitə sədri qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15 milyon manat vəsait planlaşdırılıb.
Bundan başqa, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olan hərbçilərə ödənilən pul kompensasiyası üçün 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
A.Nağıyev əlavə edib ki, eyni məqsədlə hazırda xidmətdə olan hərbi qulluqçular üçün 94,5 milyon manat, xüsusi rütbəli əməkdaşlar üçün isə 21,5 milyon manat ayrılması nəzərdə tutulur və bu istiqamətlər üzrə ayrılan vəsaitlərin ümumi həcmi 120 milyon manat təşkil edir.
















