Bakıda daha bir marşrut xətti yenilənir: Gedişhaqqı 70 qəpik olacaqSabahdan — noyabrın 18-dən etibarən Bakıda Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli marşrut xəttində avtobuslar yenilənir.
1xeber.media xəbər verir ki, sərnişinlərə daha rahat və təhlükəsiz xidmət göstərilməsi məqsədilə xətt üzrə 11 ədəd müasir, ekoloji təmiz və sıxılmış təbii qaz (CNG) texnologiyası ilə işləyən avtobus istismara veriləcək.
Yeni avtobuslar 9–10 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərəcək.
Marşrut xəttində bir gedişin qiyməti 70 qəpik müəyyən edilib. Qeyd edək ki, avtobuslarda gedişhaqqının ödənilməsi yalnız nağdsız qaydada (BakıKart və ya bank kartları vasitəsilə) həyata keçiriləcək.
















