Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın ortalarında Mayamidə ( ABŞ-nin Florida ştatının cənub-şərqində, Atlantik okeanı sahilində yerləşən böyük sahil və turizm şəhəridir, -red.) keçiriləcək G20 görüşündə iştirak edəcək.
1xeber.media xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə bildirib.
Paşinyan G20 görüşündə iştirak etmək üçün dəvətin böyük şərəf olduğunu və mütləq iştirak edəcəyini vurğulayıb. Baş nazir qeyd etdi ki, Azərbaycan və Qazaxıstan liderləri də dəvət olunub, G20 üzvü olan Rusiya da dəvətlidir.
















