ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ-ı nüvə silahlarının yayılmasının qarşısını almaq istiqamətində səylərini birləşdirməyə çağırıb.
1xeber.media xəbər verir ki, Tramp bu barədə noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə keçirilən üçtərəfli görüş zamanı bildirib.
Ağ Ev rəhbəri nüvə silahlarından imtinanın asan məsələ olmadığını vurğulayıb.
“Bu, asan vəzifə deyil – nüvə silahlarından imtina etmək olduqca çətindir”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib. Onun sözlərinə görə, bir dövlət nüvə silahına yiyələndikdən sonra ondan imtina etməsi olduqca çətinləşir.
Qeyd edək ki, noyabrın 19-da Vladimir Putin, Donald Tramp və Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çinin Şençjen şəhərində bir araya gəliblər.
Üç liderin görüşündə nüvə silahlarının yayılmaması, beynəlxalq təhlükəsizlik və qlobal siyasi məsələlər əsas müzakirə mövzularından olub.

















