1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib.
O bildirib ki, sənəd referendumda rədd olunarsa, istefa verəcək. Qəbul ediləcəyi təqdirdə isə növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacaq.
Paşinyanın sözlərinə görə, yeni Konstitusiyanın ilkin layihəsi gələn həftə açıqlanacaq.
















