ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılmasında bütün tərəflərin maraqlı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə keçirilən üçtərəfli görüş zamanı danışıb. Danışıqların görüntüləri Associated Press (AP) agentliyi tərəfindən yayımlanıb.
Ağ Ev rəhbəri bildirib ki, tərəflər Ukraynadakı müharibənin sona çatmasını istəyirlər.
Tramp, həmçinin üçtərəfli sammitdən əvvəl Vladimir Putinlə keçirdiyi ikitərəfli görüş zamanı Ukrayna münaqişəsini uzun müddət müzakirə etdiyini qeyd edib.
Qeyd edək ki, Vladimir Putin, Donald Tramp və Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çinin Şençjen şəhərində bir araya gəliblər.
Rusiya nümayəndə heyətində xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin və baş nazirin müavini, maliyyə naziri Anton Siluanov da iştirak ediblər.

















