Ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev 15 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər.
1xeber.media xəbər verir ki,Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, qəfil ziyarət son dövrlərdə adıçəkilən müəssisədə məhbusların ağır saxlanma şəraiti, antisanitariya və digər problemlərlə üzləşməsi barədə mediada yayılan məlumatlardan sonra gerçəkləşib.
Səfər zamanı müəssisədəki mövcud vəziyyətlə tanışlıq, məhbusların saxlanma şəraiti və gündəlik təminatı ilə bağlı məsələlərin müzakirə edildiyi deyilir.
Qeyd edək ki, Sahib Rzayev 27 oktyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin olunub.
















