ABŞ məhkəməsi ABŞ-ın seçilmiş prezidenti Donald Trampa qarşı icraatla bağlı hesabatın dərcinə qadağa qoyub.
1xeber.media xəbər verir ki, bu barədə Washington Post (WP) yazır.
Qeyd olunur ki, məhkəmə xüsusi prokuror Cek Smitin siyasətçi ilə bağlı araşdırmaların nəticələrinə dair hesabatı dərc etməsinə mane olub. Qərar Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin hakimi Eylin Kannon tərəfindən qəbul edilib.
Hesabat ABŞ-ın 11-ci Dairə Apellyasiya Məhkəməsi iş üzrə digər iki müttəhimə qarşı məhkəmə prosesini başa çatdırana qədər açıqlanmayacaq.
Əvvəllər Tramp ona qarşı cinayət işlərinin açılmasına cavab olaraq xüsusi prokuror Cek Smitin bütün ofisini işdən çıxarmaq istəyirdi.