Polşada prezident seçkiləri mayın 18-nə təyin edilib.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 8-də ölkə Seyminin (Polşa parlamentinin aşağı palatası) spikeri Şimon Holovniya məlumat verib.
Prezident seçkilərinin birinci turu mayın 18-də keçiriləcək. İki həftədən sonra, zərurət yaranarsa, iyunun 1-də seçkilərin ikinci turu keçiriləcək”, - Rzeczpospolita onun sözlərindən sitat gətirir.
Xolovnya həmçinin bildirib ki, seçkilərin may həftəsonunda keçirilməsindən söhbət gedə bilməz.