Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili tərəfdarlarına deyib ki, Qərb dövlətlərinin köməyi ilə ölkəni Rusiyanın pəncəsindən çıxarmağı planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti yazır.
Zuqdidi şəhərində tərəfdarları qarşısında çıxış edən Zurabişvili konqresmen Co Vilsonun dəvət etdiyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə getdiyini açıqlayıb. “Zuqdidi adından mən Vaşinqtona gedəcəyəm, orada bizim Gürcüstan üçün ürəyi ağrıyan çoxlu dostlarımız var. Onlar bizə Gürcüstanı şimal düşməninin pəncəsindən qoparmaqda kömək edəcəklər (Rusiya - Lenta.ru qeydi), - Gürcüstanın keçmiş lideri bildirib.
O, həmçinin tərəfdarlarını ölkədə küçə etirazlarını davam etdirməyə çağırıb ki, onların xaricdə görünməsi mümkün olsun. Zurabişvili bəyan edib ki, xarici yardım daxili etirazla bağlıdır.
Bundan əvvəl Zurabişvili keçmiş prezident adlandırılmamasını xahiş edib. O, özünü Gürcüstanın yeganə legitim lideri adlandırıb.