Fələstinin radikal islamçı HƏMAS qruplaşmasının yaraqlıları girovların siyahısını İsrailə təhvil verib.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyinə qurumun nümayəndəsi məlumat verib.
Sənədə əsasən, azadlığa buraxılmağa hazır olan 33 girovdan 25-i hələ də sağdır.
Bundan əvvəl məlum olub ki, razılaşmanın ilk 42 günlük mərhələsində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsi müqabilində 33 İsrail əsgəri və mülki qadını, həmçinin yaralıları, uşaqları və qocaları azad etməlidir.