Dünya siyasətçiləri ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin bütün bəyanatlarına tələsik reaksiya verməməli və öz mövqelərini müdafiə etməyə hazır olmalıdırlar.
1xeber.media xəbər verir ki, Reuters agentliyinin yanvarın 27-də verdiyi məlumata görə, bu barədə Dünya Bankının prezidenti Ajay Banqa bəyan edib.
“Mən keçmişdə Trampla danışmışam. O, çox praktik insandır, rəqəmləri başa düşür, faydasını başa düşür. Onun yanına gedib, nə gətirdiyini izah etməlisən. Hər kəsə yeganə məsləhətim odur ki, cavab verməyə və ya mühakimə etməyə tələsməyin”, Banqa agentliyə bildirib.
Banqa qeyd edib ki, siyasətçilər ABŞ prezidentinin siyasətlərindən hansının həqiqətən həyata keçiriləcəyini görmək üçün gözləməlidirlər.