Tullantıların düzgün idarə olunması sahəsində məktəblilərə təlim keçirilib
Məktəblilərin ekoloji şüurunun artırılması, təbii resursların səmərəli istifadəsi və tullantıların düzgün idarə edilməsinin vacibliyini vurğulamaq məqsədilə COP29 Məlumat Mərkəzində maarifləndirici görüş təşkil edilib.
1xeber.media-nın məlumatına görə,görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova tərəfindən şagirdlərə tullantıların növləri, təbiətə və sağlamlığa təsirləri, tullantıların çeşidlənməsinin vacibliyi, təkrar emalın əhəmiyyəti barədə məlumatlar verilib.
Daha sonra uşaqlarla tullantıların növlərinə aid interaktiv oyun keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin davamı olaraq şagirdlərə verilən biliklərin mənimsənilmə səviyyəsinin öyrənilməsi məqsədilə onlarla qrup işləri aparılıb və uşaqlar tullantıların idarə olunması ilə bağlı verilmiş mövzular ətrafında təqdimatlar hazırlayıblar.
Sonda şagirdlərə ətraf mühitin mühafizəsinə dair dərsdənkənar vəsaitlər hədiyyə olunub