Ukraynalı jurnalist və teleaparıcı Diana Pançenko Fransa prezidenti Emmanuel Makronu Almaniyanın Osvensim həbs düşərgəsi ilə bağlı söylədiyi sözlərdən sonra tənqid edib və onu kimin azad etdiyini xatırlamağa çağırıb.
1xeber.media xəbər verir ki, O, X platformasındakı səhifəsində bu mövzuda yazı dərc edib.
Pançenko Makrona müraciət edərək, “Siz kimin qoşunlarının Osventsim əsirlərini azad etdiyini qeyd etməyi unutmusunuz” dedi.