"Əfi" ləqəbli tiktoker Əflatun Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun xırda xuliqanlıq maddəsi ilə həbs edildiyi bildirilir.
Əflatun Rüstəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Əflatun Rüstəmov uzun zamandır "TikTok" sosial şəbəkəsində əxlaqsızlığın təbliği ilə məşguldur. Çəkdiyi videoları qeyri-etik ifadələrlə müşayiət edən tiktoker hətta cinsi azlıqlarla münasibətlərini də lentə alırdı.
Oxu.az