DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı paylaşım edib.
1xeber.media xəbər verir ki, Elşad Hacıyevin müraciətində deyilir:
Sos! Çağırış! Xəbərdarlıq! Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin — danışmayın, yazışmayın, bloklayın. Bu gün Tərtər sakinini də eyni üsulla — “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…”.
Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib. Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur, KİM OLURSA OLSUN Sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə verməyin, bloklayın, əmin olun ki, yalandır.