DİN-dən bildirilib ki, saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Hyundai” markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel” markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.