Jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək.
***
“Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Dekonun Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldığı bildirilir.
Bu barədə saytın redaktoru Orxan Məmməd məlumat yayıb.
“Jurnalistlərin müstəntiqləri ilə əlaqə saxladıq, artıq dindirmə aparılır. Jurnalistlərin evlərində axtarış aparılıb”, deyə o, qeyd edib.
(Amerikaninsesi)