Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Şahlıq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
1xeber.media-nın DİN-in mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə,ümumi çəkisi 1 ton 50 kiloqram olan 872 ədəd çətənə kolu məhv edilib.

















