Samux rayonunda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.az-a açıqlamasında hadisənin bu gün saat 7:45-də Samux-Kür avtomobil yolunun 1-ci kilometrliyində baş verdiyini bildirib.
"Samux rayon sakini Məhərrəm İsmayılov idarə etdiyi 90 BJ 145 dövlət qeydiyyat nişanlı "Volksvagen" markalı avtomobillə əkin sahəsindən, yəni torpaq yoldan çıxan arabaçını vurub. Arabanı sürən şəxs həyatını itirib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev deyib.
***
Samux-Kür avtomobil yolunun birinci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxsin kimliyi məlum olub.
Məlumata görə, o, Samux rayon Sərkər kənd sakini 1953-cü il təvəllüdlü Elmay Məmməd oğlu Əsgərovdur.
Hadisəni törədən Samux rayon sakini "Volksvagen Golf" markalı avtomobilin sürücüsü Məhərrəm İsmayılovdur. O "Vətənpərvərlər" İctimai Birliyinin sədridir.