Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.
1xeber.media xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd görüş keçiriləcək.
Belə ki, "Roma" klubu "Portu" ilə, "Budyo Qlimt" klubu "Tvente" ilə, FKSB klubu PAOK-la, "Qalatasaray" isə "AZ Alkmaar" klubu ilə üz-üzə gələcək.
Digər dörd görüş Bakı vaxtı ilə gecəyarısı start götürəcək. "Ayaks" klubu "Royal Union"u, "Anderlext" klubu "Fənərbağça"nı, "Viktoria Plzen" klubu "Ferentsvaroş"u, "Real Sosyedad" isə "Midtyuland"ı qəbul edəcək.
Xatırladaq ki, "Latsio" (İtaliya), "Atletik Bilbao" (İspaniya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Lion" (Fransa), "Olimpiakos" (Yunanıstan) və "Reyncers" (Şotlandiya) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.